Suriya prezidenti Bəşər Əsəd 2003-cü ildən baş nazir vəzifəsində çalışan Naci Otrinin rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib
APA-nın məlumatına görə, hökumətin istefasının səbəbləri açıqlanmayıb. Hökumətin istefaya göndərilməsi Suriya rəhbərliyinin köklü siyasi və iqtisadi islahatlara başlamaq vədinin yerinə yetirmək istiqamətində ilk addım sayılır. Əsədin vəd etdiyi islahatlar hökumətin istefaya göndərilməsi ilə məhdudlaşmayacaq. Bu axşam prezidentin xalqa müraciət edəcəyi və atacağı növbəti addımları açıqlayacağı gözlənilir.