Məhəmməd ibn İsmail nəql edir:
Əbu Məhəmməd (imam Əskəri) (ə) zindanda olan zaman Abbasilər, həmçinin Saleh ibn Əli və Əhli-Beytə etiqadı olmayanlardan bir dəstə Saleh ibn Vəsifin yanına gedib dedilər:
- Ona qarşı qətiyyətli ol və ona macal vermə!
Saleh onlara dedi:
- Ona daha nə edim? Tapa bildiyim ən pis iki adamı onun üzərinə qoymuşam, amma o iki nəfər (o Həzrətin rəftarını görərək) tamamilə ibadət və namaz əhli olublar.
(Biharul-Ənvar, c.50, səh.308, hədis 6)