Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının həftəlik qrup tolantısında çıxış edib. Ərdoğanın partiyasının qrup toplantısındakı çıxışı yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilib. Çünki Ərdoğan özü ötən gün Liviya ilə bağlı ölkəsinin bugünki çıxışında deyəcəyini bildirmişdi. Ərdoğanın maraqla gözlənilən Liviyaya dair açıqlamalarını sizlərə təqdim edirik: "Biz nəyi harada və necə edəcəyimizi çox yaxşı bilirik.
Biz ərzaq dükanı deyilik. Biz dünyanın ən önəmli dövlətlərindən birini-Türkiyəni idarə edirik. Biz dəyişikliyin tərəfindəyik, ifadə azadlıqlarının tərəfindəyik, biz zülmün tərəfində deyil, haqqın, ədalətin tərəfindəyik. Bizim Liviya ilə əlaqələrimiz neft əlaqələri deyil. Bunu liviyalılar çox gözəl bilir. Bizim məqsədimiz Liviyanın birlik və bərabərliyidir. Liviyanın hər bir yerində yaşayan liviyalı bizim qardaşlarımız, əzizlərimizdir. Liviyanın dərdi, bizim dərdimizdir. Liviyada proseslər başlayan andan biz tərəflərlə əlaqələr yaratmışıq. Biz Liviyada hər iki tərəflə görüşlər keçirtmişik. Qəzzafi və onun oğlu ilə də görüşlər keçirilib. Misir və Tunisdə olduğu kimi, Liviyada da var gücümüzlə çalışdıq ki, qan tökülməsin. Lakin təəssüflər olsun ki, biz buna nail ola bilmədik. Biz necə Türkiyə vətəndaşlarının evukuasiya edilməsini həyəcanla izləyirdiksə, eləcə də hazırda da bütün prosesləri saniyə-saniyə izləyirik. Hazırda Liviyada 500 Türkiyə vətəndaşı var. Biz onları evukuasiya etmək istəyirik, lakin onlar buna ehtiyac görmürlər.
Obama ilə dünən telefonla görüşdük. Liviya ilə bağlı fikir mübadiləsi apardıq. Bundan sonra necə olacaq sualı ətrafında danışıqlar apardıq.
Biz düşünürük ki, hərbi əməliyyatlar heç bir zaman uğur qazandırmayıb. Son nəticədə ölkənin işğalı ilə nəticələnib. Biz Liviyada əməliyyatların yalnız BMT rəhbərliyi altında aparılmasını istəyirik. Biz NATO-nun Liviyaya girişinə imkan verməyəcəyik. Parisdə keçiriləcək toplantıda tərəflərə mövqeyimizi çatdıracayıq. Türkiyə heç zaman Liviya xalqına silah uzatmayacaq.