POPULYARXƏBƏRLƏR

Liviya ordusu atəşkəs elan edib

Koalisiya qüvvələrinin aviazərbələri nəticəsində Qəddafinin iqamətgahlarından biri tamamilə dağılıb

Liviya lideri Müəmmar Qəddafi birtərəfli atəşkəs elan edib. Liviya Silahlı Qüvvələrinin rəhbəri bununla əlaqədar bütün silahlı bölmələrə atəşkəsə əməl etmək barədə göstəriş verib.

APA-nın məlumatına görə, qərara martın 20-si Bakı vaxtı ilə saat 23.00-dan əməl olunmalıdır. Liviyanı bombardman edən koalisiya qüvvələrinin bu qərara münasibəti hələlik məlum deyil. Bununla belə, ABŞ və müttəfiqləri Qəddafinin bu qərara sadiq olacağına şübhə ilə yanaşır.

Koalisiya qüvvələri isə paytaxt Tripoliyə zərbələri davam etdirir. Qəddafi qoşunları koalisiya qüvvələrinin təyyarələrini vurmaq üçün hava hücumundan müdafiə vasitələrindən istifadə edir.

Xəbər verilir ki, koalisiya təyyarələrinin atdığı bir neçə mərmi Liviya liderinin iqamətgahlarının yerləşdiyi ərazisinə düşüb. Aviazərbələr nəticəsində Qəddafinin iqamətgahlarından biri tamamilə dağılıb. İqamətgah Liviya liderinin qonaqlarını qəbul etdiyi məşhur çadırının 50 metrliyində yerləşir. Liviya hökumətinin nümayəndəsi Musa İbrahim bina istiqamətində reaktiv mərminin atıldığını bildirib. KİV nümayəndələri avtobusla binanın yerləşdiyi əraziyə aparılıb.

Baş verənlərdə koalisiya qüvvələrini günahlandıran M. İbrahim içərisində dinc insanların olduğu iqamətgahın varvar bombardmanına məruz qalmasından dəhşətə gəldiyini bildirib. Bombardmanın qurbanları barədə məlumat verilmir. M. İbrahim yalnız onu deyib ki, binada və yaxınlıqda olan yüzlərlə dinc sakinin taleyindən söhbət gedir.

Bununla belə, ABŞ hökumətinin nümayəndələri NBC News telekanalına Qəddafinin iqamətgahına aviazərbələrdə iştirak etmədiklərini bildiriblər.

Qeyd edək ki, ABŞ müdafiə naziri Robet Qeyts jurnalistlərə deyib ki, ölkəsi Qəddafi rejiminə qarşı aparılan hərbi əməliyyatlarda aparıcı rola malik olmayacaq. Bununla belə, o, əməliyyatın başlanğıcının uğurlu keçdiyini bildirib.

Qəddafi onu da əlavə edib ki, Qəddafini aviazərbələrlə məhv etmək planı ağıllı seçim olmazdı. Bu bəyanat Böyük Britaniyanın müdafiə naziri Liama Foksun Qəddafinin ola biləcəyi yerlərə aviazərbələrin endirilməsi ilə bağlı təklifinə cabab olaraq səsləndirilib. R. Qeyts bildirib ki, koalisiya qüvvələri BMT Təhlükəsizlik Şurasının martın 17-də qəbul etdiyi qətnaməyə uyğun hərəkət etməlidir.

Qeyd edək ki, Liviyaya qarşı hərbi əməliyyatlara martın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Kəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə "Tomoqavk" raketləri ilə zərbələr endirib. Koalisiyanın Hərbi Hava Qüvvələri Liviyanın Hava Hücumundan Müdafiə obyektlərinə ümumilikdə 110 qanadlı raket atıb.



Yerləşdirilib:22 Mart, 2011  20:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com