Oxucu sual verir: Cümə gününün müstəhəb qüslünü günün hansı vaxtında almaq lazımdır?
Cümə gününün qüslü müstəhəbdir, yəni bəyənilən əməldir. Bu, vacib deyil. Cümə qüslünü alan savab qazanır, almayana günah yazılmır. Cümə qüslünü cümə günü sübh tezdən almaq daha yaxşıdır. Sübh namazına kimi qüsl alıb namazı bu qüsllə qılmaq da olar. Əgər sübh zamanı qüsl almağa imkan olmasa, sonra da almağa izacə verilir. Zöhr (günorta) vaxtına kimi, yəni cümə namazı qılınana kimi müstəhəb qüslü almaq mümkündür. Zöhrdən sonra bu qüslü almağın faydası olmaz.