Liviya lideri Müəmmar Qəddafinin tərəfdarları Misirin paytaxtı Qahirənin Təhrir meydanında BMT baş katibi Pan Gi Muna hücum ediblər. APA-nın məlumatına görə, insidentin təfərrüatları barədə xəbər verilmir.
Qeyd edək ki, martın 17-də BMT Təhlükəsizlik Şurası Liviyada qiyamçıların müdafiəsi üçün Qəddafi qoşunlarına qarşı hərbi əməliyyatlara imkan verən qətnamə qəbul edib.
Artıq martın 19-dan belə əməliyyatlara start verilib. Əməliyyatlarda, əsasən, ABŞ, Fransa, İtaliya, Kanada və Böyük Britaniya qüvvələri iştirak edir.