Fransa hərbi hava qüvvələri Benqazinin cənub-qərbində dörd Liviya tankını məhv edib
APA-nın Qətərin Əl-Cəzirə telekanalına istinadən verdiyi xəbərə görə, tanklarla yanaşı bir neçə hərbi maşında məhv edilib.
Liviya müxalifətinin əsas qüvvələri Benqazidə yerləşir.
Xatırladaq ki, martın 17-də BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkə ərazisinə hərbi müdaxilə nəzərdə tutan 1973 nömrəli qətnamə edib.