ABŞ hərbi gəmilərindən buraxılan 112 "Tomoqafk" raketləri ilə Qəddafi qüvvələrinə məxsus 20-ə yaxın hərbi obyekt məhv edilib.
APA-ının CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun nümayəndəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Liviyada hərbi əməliyyat keçirən dövlətlərin vahid hərbi komandanlığı yaradılacaq.
Hələ ki, ABŞ hərbi təyyarələri Liviyada əməliyyatlarda iştirak etmir.