Yəmənin paytaxtı Sanada ötən gün keçirilmiş nümayişlər zamanı nümayişçilərə təhlükəsizlik qüvvələri tərəfindən atəş açılması nəticəsində həlak olanların sayı 52-ə yüksəldi.(dunyabulteni) Xəstəxana qaynaqlarına istinadən verilən xəbərdə deyilir ki, yaralananların sayı 126 nəfərdir.
Bu arada paytaxt Sananın bütün əraziləri tam polis, ordu və təhlükəsizlik qüvvələrinin nəzarətində olduğu deyilir. Bu gün keçirilmiş nümayişlərdə polis və əsgərlərin atəş açması nəticəsində 4 nəfər yaralanıb