Oxucu sual verir: Oruclu insan ayaqyolunda şəriətin göstərdiyi şəkildə su ilə yuyuna bilməsə, orucu pozulurmu?
Oruca mane olan və orucu batil edən amillər şəriət kitablarında ətraflı təsvir edilib. Bunların sırasında nəcasətə bulaşmaq qeyd edilməyib. Bədənin ya paltarın nəcasətli qalması oruca təsir etməz. Yəni ayaqyolunda təmiz yuyuna bilməyən adamın orucu düzgündür inşallah. Vacib ya müstəhəb oruc arasında fərq yoxdur. Amma namaz qılmaq üçün nəcasəti təmizləyib pak etməli və dəstəmaz almalıdır.