Liviyanın hökumət qüvvələri Benqazi şəhərinə hava zərbələri endirib.
APA-nın "Frans-Press" İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, hava zərbələrinin endirildiyi yerlər və həlak olanlar barədə açıqlama verilməyib. "Sky News" telekanalının yaydığı məlumatda isə bildirilib ki, üsyançılar təyyarələrdən birini vura bilib.
Bundan sonra isə hökumət qüvvələri şəhərin qərb hissəsindən hücuma başlayıblar.