Yəmənin paytaxtı Sana şəhərində davam edən hökumət əleyhinə nümayişin iştirakçıları hücuma məruz qalıb.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Sana Universitetinin yaxınlığındakı meydanda keçirilən mitinqə hücum edən prezident Əli Abdulla Salehin tərəfdarları 30-dan çox adamı öldürüblər. 100-dən çox adam yaralanıb. Qatillər tapança, bıçaq və dəyənəklərlə silahlanıblar. Bu şəxslər meydanın yaxınlığındakı evlərdə gizlənibmiş.
Qeyd edək ki, Yəmən paytaxtında fevralın 21-dən bu yana prezidentin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.