POPULYARXƏBƏRLƏR

Azərbaycan İslam Partiyasının Gəncə şəhər təşkilatının sədri barəsində İnterpol xətti ilə axtarış elan edilib

Yusif Ələkbərovun İran İslam Respublikasının Qum şəhərində gizləndiyi ehtimal edilir

Azərbaycan İslam Partiyasının (AİP) Gəncə şəhər təşkilatının sədri Yusif Ələkbərov barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə APA-ya İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib. Bürodan verilən məlumata görə, Y. Ələkbərov mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda və terrorçuluqda təqsirli bilinir. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Y. Ələkbərovun barəsində beynəlxalq axtarış elan edilib və bu barədə İnterpol üzvü olan ölkələrə sorğu göndərilib. Hazırda onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu il yanvarın 14-də Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, D. Bünyadzadə küçəsi, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü Ələkbərov Yusif Fəxrəddin oğlunun evinə baxış keçirilib.

Baxış zamanı oradan 1 ədəd "AKSU", 1 ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", 1 ədəd qundağı kəsilmiş "AK-74", 1 ədəd "AKM", 1 ədəd nömrəsi silinmiş "AKM", 1 ədəd əldədüzəltmə "UZİ" silahları, 2 ədəd mərmi, 2 ədəd qumbara, 2 trotil şaşka, 1 ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, 1 ədəd qılınc, 3 ədəd bıçaq, 1 ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrofon, 38 ədəd dini məzmunlu plakat, dini ekstremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülüb.

Evində əməliyyat aparılan zaman Y. Ələkbərov Kərbəla ziyarətində olub. Bu barədə məlumat alan kimi o, Azərbaycana qayıtmaqdan imtina edib.

APA-nın əldə etdiyi məlumata görə isə Y. Ələkbərov hazırda İran İslam Respublikasının Qum şəhərində gizlənir.



Yerləşdirilib:19 Mart, 2011  19:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com