ABŞ Dövlət katibi Hillari Klinton Parisdə "böyük səkkizliyin" Xarici İşlər Nazirlərin konfransı başa çatdıqdan sonra Misirə gəlib.
APA-nın verdiyi xəbərə görə, Klinton yeni xarici işlər naziri Nabil Ərəbi və digər rəsmilərlə danışıqlar aparacaq.
O, həmçinin ölkədə islahatları davam etməyə çağıran fəallarla görüşmək niyyətindədir.
Misirdən sonra Klinton Tunisə səfər edəcək.