Bəhreyn dövləti İrandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırıb. APA-nın "Asriiran" saytına istinadən verdiyi məlumata görə, Bəhreyn hökuməti bunu İranın onun daxili işlərinə qarışması ilə əlaqələndirib.
Qeyd edək ki, İran Bəhreynin, eləcə də Səudiyyə Ərəbistanının Tehrandakı səfirini Xarici işlər Nazirliyinə çağıraraq, bu ölkədə baş verənlərə və Səudiyyə Ərəbistanının Bəhreynə qoşun yeritməsinə rəsmi etiraz bildirib.