POPULYARXƏBƏRLƏR

"Yas mərasimləri və əyintilər" mövzusunda müzakirə keçirilib

"Bakı-Xəbər" qəzetinin təşkilatçılığı ilə "Yas mərasimləri və əyintilər" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirə aparıcılıq edən "Bakı-Xəbər" qəzetinin əməkdaşı İradə Sarıyeva bildirib ki, təxmini hesablama bir insanın vəfatının yaxınlarına ən azı 25-30 min manata başa gəldiyini göstərir.

Qadın Konsensus" Mərkəzinin rəhbəri Aynur Camalqızı (Quliyeva) mövzunun Azərbaycan cəmiyyəti üçün çox əhəmiyyətli və vacib olduğunu söyləyib: "Əyalətdə vəziyyət bir az başqadır, xərc şəhərdəki kimi böyük deyil. Amma Bakı kimi böyük şəhərlərdə heç kəsə sirr deyil ki, insanlar dünyasını dəyişmiş yaxınını dəfn etmək üçün mütləq gedib qəbristanlıqdan yer almalıdır. Hətta ailə üzvünü, yaxınını itirmiş bəzi insanlar yas mərasimlərindən sonra çox böyük məbləğdə borca düşür. Sonra o borcu qaytarmaqdan ötrü əziyyət çəkir".

Fəlsəfə elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, yas mərasimlərinin indiki xoşagəlməz ənənələrlə keçirilməsi SSRİ dövründən miras qalıb: "Şəhərin bəzi qəbristanlıqlarında məzar yeri almaq mənzil, avtomobil almaqdan bahadır. Əvvəllər bu problem elə də ciddi olmasa da, bu gün çox qabarıq şəkildə özünü göstərir".

Dinşünas Hacı Nizami Rza çıxışında bəyan edib ki, bütün qeyd edilən problemlər "əldəqayırma" mollalar və din sahəsinə rəhbərlik edyən qurumlar tərəfindən yaradılır. Onun sözlərinə görə, ölünün yuyulmasına görə pul alınması və qəbir yerinin pulla satılması islam dininin tələbinə ziddir. Hacı Nizami deyib ki, bir qrup işbaz əlbir olaraq Azərbaycanda yas mərasimlərinin təşkilini, keçirilməsini qanunsuz biznesə çevirib: "Ölü yiyəsi bilmir ki, əzizinin yuyulub qüsul edilməsi, kəfənlənməsi, onun üçün qəbir yeri müəyyən edilməsi və s. məsələlərlə məşğul olsun, yoxsa 2-3 gündən sonra qapısına tökülən camaata ehsan verməklə məşğul olsun. Çadırların, ərzaq məhsullarının qiymətləri od bahasınadır. İndi həm "VİP çadır"lar, həm də "VİP mollalar" var. Bu adı özləri özləri qoyub".

Şair-publisist Vahid Əziz isə bildirib ki, qeyd olunan problemlər hər kəsə bəllidir. Onun sözlərinə görə, əvvəlcə bu problemin səbəbləri öyrənilməli və aradan qaldırılması yolları axtarılıb tapılmalıdır.



Yerləşdirilib:19 Mart, 2011  19:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com