İslam.az oxucuların diqqətinə Endryu E.Hantın "Minnətdarlıq" hekayəsini təqdim edir. Kiçik, amma düşündürücü...
Minnətdarlıq
Bu yaxınlarda ona xeyriyyəçilik fondunda hədiyyə edilən yun şal rahatca çiyinlərini qucaqlamışdı, bu gün zibil qutusunda tapdığı çəkmələr isə ayağını qətiyyən sıxmırdı. Bütün bu soyuq qaranlıqdan sonra küçədəki ocaqlar onun qəlbini elə xoş isidirdi ki... Parkdakı skamyanın büküyü onun əldən düşmüş kürəyinə o qədər tanış gəlirdi ki...
"Şükür sənə, ay Allah, — o fikirləşdi, — həyat necə də gözəldir!"