Liviya lider Müəmmər Qəzzafiyə sadiq qüvvələr ölkənin paytaxtından 100 km qərbdə yerləşən Zuvara şəhərini ələ keçiriblər.
"Zuvara indi onların əlindədir. Şəhərə onlar nəzarət edirlər, üsyançılar heç yerdə görünmürlər. Şəhərin mərkəzində ordu və tanklar var", deyə yerli sakin Tarik Abdulla telefonla bildirib.
Şəhərə edilmiş üçtərəfli hücum zamanı ən azı 4 nəfər həlak olub.