Paytaxtın mərkəzində üsyançılarla qarşı-qarşıya gələn polis qüvvələri geri çəkilmək məcburiyyətində qaldı.(zaman) Bu hadisədən sonra dünən bəzi vəkillər kralı ölkədə 3 aylıq hərbi vəziyyət elan etməyə çağırdılar. Hökumətin bu çağırışa nə cavab verəcəyi müəyyən deyil.
Xatırladaq ki, hökumət keçən ay hərbi qüvvələri küçələrdən yığışdırıb, müxalifəti dialoqa çağırmışdı. Son əldə etdiyimiz məlumata görə, artıq Səudiyyə Ərəbistanının ordusu Bəhreyndədir. Onlar Bəhreyn hökumətinə nümayişlərin yatızdırılmasında köməklik edəcək.