Dünya KİV-lərinin yaydığı məlumata görə, Misir Silahlı Qüvvələrinin Ali Hərbi Şurasının rəhbəri, feldmarşal Hüseyn Tantavi, keçmiş diktator prezident Hüsnü Mübarək ilə görüşüb, - "MigNyus" xəbər verir.
Verilən məlumata görə, Tantavi Mübarəkin Şarm-əş-Şeyxdə yerləşən qərargahında olub. Onun buraya keçmiş vitse-prezident Ömər Süleymanla birlikdə gəlməsi bildirilir.
Məlumata görə, feldmarşal diktator Mübarəkdən dövlətdən oğurladığı pulları geri qaytarmağı tələb edib. O, Mübarəkin ailəsinə aid olan hesabların da açılmasını tələb edib.