Liviya qeyri-müəyyən müddətə Fransa ilə diplomatik münasibətləri kəsib. Səbəb Fransanın Liviya müxalifətini legitim hakimiyyət kimi tanımasıdır.
"Bu gün Fransa ilə diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edilib. Fransız hökumətinin Liviyanın bölünməsinə dəstək verməsi göz qabağındadır", deyə Liviya xarici işlər nazirinin müavini Xalid Kaim bildirib.
Fransa prezidenti Nikolya Sarkozi martın 9-da Yelisey sarayında Liviya müxalifətinin nümayəndələri ilə görüşüb. Görüşdən sonra Yelisey sarayı Liviya Üsyançı Şurasını tanıdığını bəyan edib. Rəsmi Paris Liviya üsyançılarının bazası olan Benqaziyə səfir göndərəcəyini də açıqlayıb.