Oxucu sual verir: Rusiyada yaşayan müsəlman orada bişirilən çörəyi yeyə bilərmi? Bir halda ki, çörək fabrikində işçilərin xəmirə əl vurub-vurmadığı bilinmir.
Keçmiş şiə müctəhidlərinin əksəriyyəti əhli-kitab da daxil olmaqla bütün qeryri-müsəlmanları zatən qeyri-pak sayırdılar. Bu nəzəriyyəyə görə, onların yaş əllə toxunduqları hər şey pak olunmalı idi. Lakin şiə məzhəbində hakim olan müasir mövqeyə görə, əhli-kitab mənsubları zatən pakdırlar, onlara yaş halda toxunmaq da murdarlıq gətirməz. Hətta bəzi müctəhidlər və əksər əhli-sünnə alimləri dinindən, əqidəsindən asılı olmayaraq, bütün insanların zatən pak olduqlarını və heç kəsin əqidəsinə görə murdar sayıla bilmədiyini söyləyirlər. Beləliklə, hal-hazırda müsəlman alimlərin böyük əksəriyyəti əhli-kitabı pak bilir. Buna görə də onların bişirdiyi qidanı (əgər tərkibində haram maddələr yoxdursa) yeməyin maneçiliyi yoxdur.