Bir gün ərlə arvad abidin yanına gəlirlər. Qadın deyir:
- Üzr istəyirəm, mən hamiləyəm. Amma artıq 4 övladımız var. Beşinci də olsa artıq güzaranımız ağırlaşacaq. Xeyir-dua verin, abort etdirək.
Abid isə belə cavab verir:
- Həqiqətən də, vəziyyətiniz ağırdır. Neynək, övladınızı öldürmək üçün sizə xeyir-dua verirəm. Amma böyük qızınızı qətlə yetirin. Nə qədər olmasa da, 15 yaşı var, dünyada bir az yaşayıb, gün görüb. Hamilə qaldığınız isə hələ heç Günəş işğını görməyib. Onu bu şansdan məhrum etmək olmaz.
Dəhşətə gəlin qadın üzünü tutaraq ağladı.
Quranın bu ayəsini unutmayın: “De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: ... kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. ” (“Ənam”, 151).