Yəmən prezidenti Əli Abdulla Saleh elan edib ki, ölkə yeni konstitusiya qəbul edəcək və parlament sistemi ilə idarə olunacaq
com saytına istinadən verdiyi xəbərə görə, bu elan prezident Salehin 32 illik hakimiyyəti əleyhinə həftələrlə davam edən və bəzən zorakılıqla müşayiət olunan etiraz aksiyalarından sonra verilib.
Saleh deyib ki, yeni konstitusiyaya dair ümumxalq referendumu keçiriləcək və hakimiyyət parlament tərəfindən seçiləcək hökumətə ilin sonuna kimi ötürüləcək.
Yəmən müxalifətinin lideri Yassin Səid Numan deyib ki, prezident öz təşəbbüsü ilə ləngiyib. Amma o təkliflə tanış olacağını söz verib.