Oxucu sual verir: “Səfinətül-Bihar” kitabı nədən bəhs edir?
“Səfinətül-Bihar” kitabı böyük hədis alimi Şeyx Abbas Qumi (1877-1940) tərəfindən yazılmışdır. Kitab XVII əsrdə yaşamış Əllamə Məclisinin “Biharül-ənvar” kitabının fehristi (indeksi, kataloqu) kimi qələmə alınmışdır. “Biharül-ənvar” irihəcmli kitabdır (yeni nəşri 100 cilddən artıqdır). Həmin kitabdan hər hansı mövzuda hədisi tapmaq bəzən çətinlik törədir. Şeyx Abbas Qumi “Biharül-ənvar”dakı hədisləri mövzular üzrə əlifba sırası ilə yerləşdurmiş, hər bir hədisin mənbəsini də göstərmişdir. Beləliklə, “Səfinətül-Bihar”ın sayəsində “Biharül-ənvar” kitabından istifadə etmək xeyli asanlaşır. Şeyx Abbas Qumi yeri gəldikcə özü də hədislərə şərhlər vermiş, alimlərin tərcümeyi-hallarını əlavə etmişdir. “Səfinətül-Bihar” ilk dəfə Nəcəfdə 2 cilddə çap olunmuşdur.