Nümayişçilər Liviya lideri Müəmmər Qəzzafinin xalqa qarşı törətdiyi cinayətlərə görə təqib olunmayacağını bildirib.(salamnews) Liviya Milli Şurasının rəhbəri Əbül Cəlil Mustafa bildirib ki, bunun üçün Qəzzafi növbəti 72 saat ərzində hakimiyyətdən getməlidir.
"Əgər o dərhal Liviyanı tərk edərsə və şəhərləri bombalamağı dayandırarsa, biz, liviyalılar olaraq, onu törətdiyi cinayətlərə görə, təqib etməyəcəyik", özünü Liviyanın yeganə təmsilçisi elan etmiş Liviya Milli Şurasının rəhbəri bu gün əl-Cəzirəyə müsahibəsində belə deyib. Onun sözlərinə görə, 72 saatlıq müddət uzadılmayacaq.