Tarixdə ilk dəfə olaraq Roma Papası XVI Benedikt, televiziya vasitəsilə katolik xristianlarının suallarını cavablandıracaq. Bu barədə Vatikanın mətbuat xidmətindən məlumat verilib, - "Vesti" xəbər verir.
XVI Benedikt İtaliya televiziyasının birinci kanalında xüsusi dini verilişdə çıxış edəcək. Proqramın müəllifi və aparıcısı, 37 yaşlı jurnalist Rozario Karello bildirib ki, pontifik xüsusi formada xristianların suallarına cavab verəcək. Daha sonra verilişin video-yazısı Vatikanda Papa sarayında nəzərdən keçiriləcək. Daha sonra o efirə veriləcək.