Liviyada hökumət qüvvələri ilə üsyançılar arasında Bin-Cavad yaşayış məntəqəsi yaxınlığında baş verən şiddətli toqquşmalarda azı 7 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Toqquşmalarda təxminən 50 nəfər yaralanıb.
Bin-Cavad uğrunda döyüşlər bazar günü başlayıb. Bin-Cavadı nəzarətdə saxlayan üsyançılar Liviyanın iri neft mərkəzi və Qəddafinin vətəni Sirt şəhərinə hücuma hazırlaşırdı. Buna cavab olaraq Qəddafi tərəfdarları Bin-Cavadda toplaşmış müxalifət qüvvələri üzərinə havadan və yerdən hücuma keçib. Nəticədə Bin-Cavada Qəddafi tərəfdarlarının əlinə keçib.