İsrailə məxsus Hərbi Hava Qüvvələri (HQQ) şənbə günü gecə saatlarında Qəzza zolağında yerləşən obyektlərə havadan zərbə endirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən olmayıb.
Hava zərbəsi HƏMAS-ın hakimiyyətdə olan hərbi qanadı - "Izəddin əl-Qassam" qruplaşmasın qərargahına endirilib. Bundan əlavə, İsrailə məxsus HQQ Qəzzanın cənub-şərqindəki kənddə yerləşən anbara, Qəzzada bir turbazaya, əl-Zauayda avtoservisə və Deir əl-Balah şəhərində müəyyən olmayan bir obyektə hava zərbəsi endirib.