Liviya dövlət başçısı Müəmmar Qəddafinin doğma şəhəri olan Sirt şəhəri müxalifət tərəfdarlarının əlinə keçib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl müxalifət qüvvələri bildiriblər ki, ölkənin şərqində yerləşən Əl-Lanuf neft mərkəzi də onların nəzarətindədir. Eyni zamanda üsyançılar hökumət qüvvələrinin Əl-Zavi şəhərinə hücumunu dəf edə biliblər.
Xatırladaq ki, Müəmmar Qəddafinin hərbi qüvvələri tankların dəstəyi ilə şənbə günü üsyançıların nəzarətində olan Əl-Zavi şəhərinə hücuma ediblər. Verilən məlumata görə bu şəhər uğrunda döyüş zamanı 30 nəfər həlak olub. Bəzi mediada gedən xəbərlərə görə, üsyançılar hökumət qüvvələrinin bir qırıcı təyyarəsini vurublar.