Beynəlxalq Cinayət Məhkəməsi, Liviyada insanlara qarşı repressiya və hücumlarda ittiham olunan rəsmi şəxslərin siyahısını açıqlayıb. Liviya diktatoru Muammar Qəzzafinin rəhbərlik etdiyi siyahıya, ölkənin bir sıra məmurları da daxildir, - "RİA Novosti" xəbər verir.
"Biz elan etmək istəyirik ki, 3 mart 2011-ci ildə prokurorluq bürosu Liviyada fevralın 15-dən bəri insanlığa qarşı törədilən cinayətlərlə əlaqədar istintaqın başlanması qərarı verib. İstintaqın ilkin nəticəsi isə belədir", - deyə Haaqa Məhkəməsinin Baş Prokuroru Luis Moreno-Okampo keçirdiyi mətbuat konfransında belə deyib.
Prokuror bildirib ki, məhkəmə bundan sonra da Qəzzafi və onun yaxın silahdaşlarının verdiyi qərarları araşdıracaq və yekun qərar verəcək.