Yəmənin Amran əyalətində keçirilən etiraz aksiyası zamanı hərbçilər 2 nümayişçini öldürüblər
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Sana şəhərindən 170 km uzaqda yerləşən Semla kəndi yaxınlığında baş verib. əsgərlər prezident Əli Abdulla Salehin istefasını tələb edən kütlənin üzərinə atış açıblar. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ümumilikdə Yəməndə keçirilən etiraz aksiyalarında azı 19 nəfər ölüb.