Liviya hökuməti ölkədəki hər bir ailəyə maliyyə yardımı məqsədilə ayda 400 dollar ödəməyə söz veriblər
Müvafiq məlumat Liviya dövlət televiziyası ilə bildirilib.
Fevralın 15-də Liviyada 42 ildir ölkəni idarə edən Müəmmər Qəzzafinin istefası tələbi ilə aksiyalar başlayıb. Beynəlxalq təşkilatların məlumatına görə, hökumət nümayişləri xüsusi qəddarlıqla yatırır. Təhlükəsizlik qüvvələri və xarici muzdlularla qarşıdurmada 6 minə yaxın liviyalı həlak olub. Bəzi məlumatlara görə, Liviya qaçqınlarının sayı 180 minə çatıb.