Məhəmməd ibn Təlhə Şafii "Mətalibul-səuul" kitabında yazır:
Əli ibn Hüseyn (ə) öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi. Evdə olanlar fəryad qoparıb "ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od!" deyirdilər. Amma Həzrət səcdə halında qalmaqda idi və nəhayət od söndü. Sonra ona dedilər:
- Oda əhəmiyyət verməməyinizin səbəbi nə idi?
Buyurdu:
- Axirət odu.
(Mətalibus-suul, səh.77)