Mühəddis Nurinin “Darus-səlam” və “Məkarimul əxlaq” kitablarında imamlardan rəvayət olunmuşdur ki, kimi yuxu tutarsa yuxusunu dəf etmək üçün aşağıdakı ayəni bir miqdar suya oxuyub həmin su ilə üzünü yusun.
Ayə belə oxunur: “Və ləmma caə Musa limiyqatina və kəlləməhu rəbbuhu qalə rəbbi ərini ənzur iləykə qalə lən tərani və lakininzur iləl cəbəli fəinistəqərrə məkanəhu fəsəvfə tərani fələmma təcəllə rəbbuhu lil-cəbəli cəələhu dəkkən və xərrə Musa səiqən fələmma əfaqə qalə subhanəkə tubtu iləykə və ənə əvvəlul muminin” (“Əraf”, 143).
Tərcüməsi: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”.