Oxucu sual verir: Qadın kəbin kəsilən zaman kişinin onunla evli olduğu dövrdə başqa qadınla daimi və ya müvəqqəti nikaha daxil olmayacağına dair şərt irəli sürə bilərmi?
Qadının öz ərindən bunu tələb etməyə şəriət baxımından hüququ yoxdur. Nə kəbindən əvvəl, nə də sonra qadın bunu tələb edə bilməz. Amma bunu xahiş etməsi mümkündür. Əgər kişi bu barədə kəbindən qabaq ona söz versə, gərək sözünə əməl etsin. Həmçinin, qadın kəbin kəsilən zaman öz mehriyyəsini kişiyə bağışlamaq şərti ilə şərt kəsə bilər ki, ondan başqa arvad almasın. Bu halda, kişi şərti qəbul edərsə, gərək sözünə əməl etsin və başqa arvad almasın. Qadın da bundan sonra kişidən mehriyyə tələb edə bilməz.