İsrail Milli Təhlükəsizlik Şurasının strukturlarına daxil olan Terrorçuluqla Mübarizə Qərargahı İsrail vətəndaşları üçün təhlükəli olan ölkələrin siyahısını yeniləyib.
APA-nın "İzRus"a istinadən verdiyi məlumata görə, həmin siyahıdan Gürcüstanın adı çıxarılıb, Azərbaycan, Ermənistan, Tacikistan və Türkmənistana səfər etmək isə İsrail vətəndaşlarına tövsiyə olunmur.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi 2 gün bağlı qalıb, sonra isə işi əvvəlki rejimdə işini bərpa edib. Hazırda səfirlik fəaliyyət göstərir.