Bir gün Səlcuqlu Sultanı İzzəddin Keykavus Mövlananın ziyarətinə gəlmişdi. Mövlana ona sultanlara layiq iltifatı göstərmədi. Sultan bu hala təəccüb etdi və tövazö ilə “Əfəndim, mənə nəsihət edin” dedi.
Mövlana Sultana bunları söylədi:
- Sən nəsihətdən anlayarsanmı? Sənə quzulara çoban ol deyilmiş, sən qurd olursan. Sənə insanlara keşikçi ol deyilmiş, sən oğru olursan. Səni Sultan edən Allahü-təalanın deyil, şeytanın sözü ilə hərəkət edirsən.
Sultan ağlayaraq çölə çıxdı. Mədrəsənin qapısında başını açıb tövbə etdi. "Ya Rəbbi, Mövlana mənə Sənin adını söylədi. Mən yazıq qul olaraq da sənə yalvararam. Mənə acı və məni doğru yolda saxla", deyərək peşmanlıq içərisində oradan ayrıldı.