Liviya müxalifəti keçmiş Ədliyyə naziri Mustafa Məhəmməd Abud Acley başda olmaqla keçid dövrü hökumətini qurub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hökumətin digər üzvlərinin adları hələ məlum deyil.
Keçid dövrü hökuməti Liviyanın ikinci ən böyük şəhəri olan Bengazidə fəaliyyət göstərəcək.
Xatırladaq ki, Mustafa Məhəmməd Abud Acley bazar ertəsi günü Qəddafi hökumətindən istefa vermişdi.
Yeni hökumətin yaradılmasını ABŞ-ın Liviyadakı səfiri Əli Əyücəli dəstəkləyib.