Vəlid ibn Səbih deyir: İmam Sadiqin (ə) xidmətində idim. Onun qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın bir miqdarını ona verdi. Sonra bir dilənçi də gəldi. Ona da bir qədər xurma verdi. Üçüncüsü də gəldi. Həzrət (ə) buyurdu: “Allah artıq etsin.”
Sonra buyurdu:
- Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə, yoxsul həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç birinin duası qəbul olunmaz.
Dedim:
- Sənə qurban olum, onlar kimlərdir?
Buyurdu:
- Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət verir və onu xərcləyib deyir: “İlahi, mənə ruzi ver!” Cavab gələr ki, məgər sənin ruzini vermədimmi?” İkinsici odur ki, öz arvadına nifrin edər. (Yə`ni, bir yerdə dolanmaq heç cür mümkün olmadığı halda ona talaq verib boşamaq əvəzinə nifrin edir.) Allah-təala buyurar: “Məgər onun talağını sənin əlinə verməmişəmmi?” Üçüncüsü odur ki, evdə oturub Allahdan ona ruzi verməsini diləyir. Xitab olunar: “Məgər ruzi kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!”
(Əli Məşkini, "Nəsihətlər" kitabından)