Oxucu sual verir: Namazda Fatihədən sonra hansı surələri oxumaq daha yaxşıdır?
Əhli-sünnə məzhəbinə görə, namazda Fatihədən sonra bir neçə ayə oxumaq icazəli olsa da, şiə məzhəbinə görə bütöv surə oxunmalıdır. Fatihədən sonra istənilən surəni oxumaq olar. Müstəhəb olan budur ki, birinci rükətdə Fatihədən sonra Qədr surəsi, ikinci rükətdə isə İxlas surəsi oxunsun. Bütöv bir günlük namazlarda heç olmazsa, bircə dəfə İxlas surəsini oxumamaq məkruhdur. Həmçinin, eyni namazın içində birinci rükətdə oxunan surəni ikinci rükətdə də oxumaq məkruhdur; amma İxlas surəsi istisnadır.