Oxucu sual verir: Qadın heyzdən pak olduqdan sonra qüsl almadan cinsi əlaqə icazəlidirmi?
İslam şəriətinə görə, heyz halında qadınla cinsi əlaqədə olmaq günahdır. Bu iş həm qadına, həm də kişiyə haram sayılır. Bəzi müctəhidlər heyz halında qadınla əlaqədən sonra kəffarə adlı cərimə verməyi vacibi-ehtiyat bilmiş, bəzi müctəhidlər isə buna ehtiyac olmadığını söyləmişlər.
Qadının heyz müddəti tam qurtardıqdan sonra qüsl almalıdır. Heyzdən sonra qüslsüz namaz qılmaq, oruc tutmaq, Quran xəttinə toxunmaq qadına günahdır. Amma heyz tam bitəndən sonra qüsl verilməzdən əvvəl qadınla cinsi əlaqədə olmaq haram deyil. Bu iş bəyənilməsə də, günah da sayılmır. Qüsldən əvvəl cinsi əlaqə üçün qadının özünü yuması kifayət edər.