"Təhrir" meydanında nümayişçilər baş nazirin istefası və Mübarəkin həbsini tələb edir
Yüzminlərlə misirli yenidən "Təhrir" meydanına toplaşaraq, diktator Hüsnü Mübarəkin yaxın silahdaşlarından olan baş naziri Əhməd Şafikin istefasını tələb edir. Nümayişçilərin daha bir ciddi tələbi isə, həbsxanalarda olan siyasi məhbusların azad edilməsi və Mübarəkin cinayət məsuliyyətinə cəlb edilməsidir, - "Gazeta" xəbər verir.
Öz növbəsində müvəqqəti hakimiyyət vətəndaşlara müraciət edərək onlardan Mübarəkin etdiklərinə görə üzr istəyib və ölkədə problemlərin aradan qaldırılması üçün işlər görüləcəyini bildirib.