Bu gün Nardaranda etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, aksiyada Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov, Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nuri, Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov, Nardaran kəndinin axundu Musa Rza, həmçinin digər qəsəbələrin və məscidlərin nümayəndələri çıxış ediblər.
Aksiyada Nardaran qəsəbəsi də daxil olmaqla paytaxtın digər qəsəbələrində sosial problemlərin həll olunması tələbi irəli sürülüb. Qeyd olunub ki, Nardaranda ən böyük problem işsizlik və evlərə təbii qazın verilməməsidir.
Həmçinin, şagirdlərin məktəbə hicabla buraxılması tələbi də səsləndirilib. Bundan başqa, ölkədə siyasi məhbusların, o cümlədən Azərbaycan İslam Partiyasının həbs olunmuş rəhbəri və üzvlərinin azad olunması tələb olunub