Liviyanın BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi tam tərkibdə Qəddafi rejiminin tabeliyindən çıxıb.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, nümayəndəlik bundan sonra Liviya xalqının azad iradəsini təmsil edəcəyini açıqlayıb.
Liviyada baş verən hadisələrlə bağlı toplantı keçirən BMT İnsan Haqları Şurasının iclasında çıxış edən Liviya təmsilçisi Adil Şaltut Qəddafi rejimi ilə əlaqəni kəsdiklərini bəyan edib: "Liviya diplomatik missiyasında çalışan bizlər Liviya xalqının və onların azad iradəsinin təmsilçisi olaraq xidmət etməyə qərar verdik".
A. Şaltutun bəyanatı alqışlarla qarşılanıb