Oxucu sual verir: Oruclu olanda bədəndən qan alıdrımaq, damardan qan vermək olarmı?
Ramazan ayında oruc tutmaq Allahın insanlara vacib buyurduğu əməldir. İlin qalan günlərində də oruc tutmaq müstəhəbdir. Oruc Allaha ibadət olduğu üçün insana məşəqqət, çətinlik yaratmamalıdır. İnsan də süni surətdə öz orucuna çətinlik gətirən işlərə yol verməməlidir. Çünki bu halda o, orucun ləzzətini duymayacaq və yaddaşında bu gözəl ibadətdən ancaq mənfi xatirə qalacaq. Bədəndən qan almaq, damardan qan vermək insana zəiflik gətirən, müqavimətini azaldan hərəkətdir. Oruclu şəxs bunu etsə, halsızlıq və zəiflik hiss edəcək. Ona görə də oruclu adamın bədənindən qan aldırması (xüsusi zəruri hallar istisna olmaqla) məsləhət deyil. Bu, qadağan deyil və orucu pozmaz, amma orucun savabını və ləzzətini azaldar.