POPULYARXƏBƏRLƏR

Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkil

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib.


APA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, Qafqazın qanlı terror qurbanı - Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu misli görünməmiş soyqırımı faktı dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməyib, layiqli siyasi qiymətini almayıb: "Biz bir daha dünya ictimaiyyətinə xatırlatmaq istərdik ki, 19 il bundan əvvəl 26 fevral tarixində Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisi amansız basqına məruz qalıb, yüzlərlə insan qətlə yetirilib, qadınlara, qocalara, uşaqlara belə rəhm olunmayıb, meyitlərin üstündə eybəcər, təhqiramiz həqarətlər edilib. Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə biganəlik terrorizmi ruhlandırmaq kimi qiymətləndirilməlidir. Ermənistan qəsbkarları öz təcavüzkarlıq planlarını genişləndirərək Azərbaycan ərazisinin 20 faizini işğal edib, minlərlə dinc əhalini girov aparıb, qəsb etdiyi torpaqlarda yaşayış məntəqələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirib, bütün maddi və mənəvi abidələri məhv ediblər".

QMİ sədri müraciətində bildirib ki, erməni ekstremistləri elədikləri cinayətlərə görə hələ də cəza almayıb, məsuliyyətə cəlb olunmayıblar: "BMT-nin Azərbaycan torpaqlarının işğalına dair qəbul etdiyi qətnamələrdə erməni qoşunlarının qəsb olunmuş ərazilərdən çıxarılması tələbinin öz əksini tapmasına baxmayaraq, Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmək istəmir. Dünyaya car çəkdiyimiz Xocalı faciəsinin tanıdılması istiqamətində aparılan işlərin miqyası genişləndikcə tarixin mühakiməsinin ədalətli qərar verəcəyinə ümidlərimiz də artır. Biz bu hüznlü günün növbəti ildönümündə bir daha bütün dünya ictimaiyyətinə müraciət edərək Azərbaycan xalqının faciəsinə biganə qalmamağa, Xocalıda törədilmiş faciəni əsl soyqırımı kimi qiymətləndirərək prinsipial hüquqi və siyasi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həlində bizə dəstək olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə bizlərə yardımçı olsun və üstümüzdən mərhəmətini əsirgəməsin! Amin!"



Yerləşdirilib:23 Fevral, 2011  19:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com