İran Hərbi Dəniz Qüvvələrinin iki gəmisi bu gün səhər Süveyş kanalına daxil olub.
APA-nın məlumatına görə, bu, son 32 ildə İran hərbi gəmilərinin Süveyş kanalına daxil olmasına dair ilk faktdır. Bir hərbi gəmi və freqat hazırda Süveyş kanalını keçərək Suriyaya doğru hərəkət edirlər. İran gəmilərinin kanala daxil olmasına Hüsnü Mübarək istefa verdikdən sonra Misirdə hakimiyyətə nəzarət edən Silahlı Qüvvələr Ali Şurası verib. İsrailin xarici işlər naziri Aviqdor Liberman İran gəmilərinin Süveyş kanalı ilə hərəkətinə icazə verilməsini rəsmi Tehranın təxribatı adlandırıb