"Qarabağ müsəlman torpağıdır və bu torpaqlar tez və ya gec öz əsil sahiblərinə qaytarılacaq".
APA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, kim bu ədaləti görmürsə, yaxud da görmək istəmirsə, kordur: "Azərbaycan bizim əmanətimizdir. Bunu Allahdan istəmişik və bunu bizə nəsib edib".