Misir Liviya ilə sərhəddə hərbi qüvvələrin sayını artırmaq barədə qərar qəbul edib.
APA-nın məlumatına görə, dünəndən etibarən Misir-Liviya sərhədi iğtişaşlar zamanı yaralananlar və qaçqınlar üçün açıq elan olunub. Misir ordusu sərhəddə qaçqınlar üçün iki səhra hospitalı hazırlayıb. Dövlət sərhədi yalnız Misir tərəfdən mühafizə olunur, Liviya sərhədçiləri artıq bir neçə gündür postlarını tərk ediblər.